Azərbaycan Prezidenti "Sichian Sunsync Photovoltaic Technology Co" şirkətinin təsisçisi ilə görüşüb

14:00 / 31.08.2025 Oxunub: 519

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində "Sichian Sunsync Photovoltaic Technology Co" şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşüb.

KANAL 20 TV  AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla şirkət arasında gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Ələt Azad İqtisadi zonasında yaxın gələcəkdə günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunub. Vurğulanıb ki, burada istehsal ediləcək məhsulların böyük hissəsinin dünya bazarlarına ixracı nəzərdə tutulur.

Sie İ ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığını və Azərbaycanla Çin arasında mövcud olan strateji əlaqələri nəzərə alaraq məhz Azərbaycana investisiya qoymaq barədə qərara gəldiklərini deyib.



Digər xəbərlər

Xəbər lenti

03 Sentyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ