Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri müzakirə edildi

16 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Ukraynanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.
Telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub. Tərəflər Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının işinin əməkdaşlığın inkişafı baхımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Ukrayna xarici işlər naziri öz növbəsində Azərbaycan tərəfinin Ukraynaya göstərilən humanitar yardımlar, o cümlədən münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma sahələrində dəstəyinə görə təşəkkür edib.
Nazir Andrey Sıbiha həmçinin Rusiya-Ukrayna münaqişəsi ətrafında aparılan danışıq prosesi barədə məlumat verib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.



Digər xəbərlər
jpeg-1755348641.jpeg)
Aİ səfirləri Rusiya-ABŞ sammitindən sonra təcili iclas keçirdilər: Hansı qərarlar qəbul olundu?

İran Azərbaycan və Ermənistan arasında həmişə sülhü dəstəkləyib - Araqçi

Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI

Tramp xanımın məktubunu Putinə təqdim etdi

Pezeşkian Ermənistana gedir

Ukrayna ilə bağlı razılıq olub? - Tramp açıqladı
Xəbər lenti
Ən çox oxunan
