Azəri qızı Günel EVLƏNİR

15:45 / 16.08.2025 Oxunub: 57

Türkiyədə yaşayan tanınmış azərbaycanlı müğənni Günel Zeynalova şəxsi həyatı ilə bağlı verdiyi açıqlama ilə gündəmə gəlib.

Müğənni sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb. Hazırda Azərbaycanda olduğunu deyən Günel Zeynalova hələ ki, doğma yurdu Ağdama getmədiyini deyib. Daha sonra izləyicisinin "Niyə evlənmirsiniz, sizdən həm də gözəl ana olar" sualına bu cür cavab verib:
"İnşallah, bu il gözlənilir. Məncə, bəli".

Xatırladaq ki, Azəri Günel kimi tanınan 38 yaşlı sənətçi indiyədək üç dəfə nişanlanıb. Onun nişanlıları sırasında məşhur iş adamı Rza Zərrab, eləcə də İnanc Başəyməz və Cem Ozan olub. Lakin hər üç münasibət müxtəlif səbəblərdən baş tutmayıb.//Musavat.com//



Digər xəbərlər

Xəbər lenti

16 Avqust 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ