Allahverdi Yolçuyevdən GÖZLƏNİLMƏZ AÇIQLAMA

"Akademik Musiqili Teatrın keçmiş rəhbəri Əliqismət Lalayev mənə dedi ki, Xalq artisti olsaydınız, işə götürərdim".
Bu barədə tanınmış aktyor Allahverdi Yolçuyev "Teleqraf"a müsahibəsində qeyd edib.
Aktyor bildirib ki, institut illərində bir çox tamaşalarda çıxış edib və Dövlət Televiziyasında da çalışıb:
"Xoşbəxtəm ki, bütün baş rolları ifa etmişəm. İki dəfə Sankt-Peterburqda keçirilən bədii qiraət müsabiqəsində iştirak etmişəm, birində diplom, birində isə fəxri fərman almışam. Onu da əlavə edim ki, cənab nazir nə qərar versə, onu böyük məmnuniyyətlə qəbul edəcəyəm. Aktyor üçün sosial həyat vacib şərtdir, əgər sosial həyat olmasa, insan tez qocalar.
Müəllim olsun, öz peşəsi üçün çalışır, mən də elə edirəm. Əvvəllər seriallarda çəkilmişəm və dublyaj işləri ilə məşğul olmuşam. Son illər isə fəaliyyətim dayanıb".



Digər xəbərlər
jpg-1760010530.jpg)
Xalq artisti Əminə Yusifqızı vəfat edib

Azərbaycan UNESCO-nun Konfransında (MONDIACULT 2025) təmsil olunacaq

Parisdə Xurşidbanu Natəvana həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib
jpg-1758948193.jpg)
Afaq Bəşirqızı 10 il sonra qayıdır

Xankəndidə Şəhər Günü qeyd olunur

Emin Eminzadə Yanardağda Üzeyir Hacıbəyovun 140 İlliyinə həsr olunan Musiqi gününə qatılıb
Xəbər lenti
Ən çox oxunan
