Azərbaycanda mehmanxana və otel tipli obyektlər vergi ödəmələrini 31 %-dən çox artırıb

11:22 / 14.08.2025
Oxunub: 138
2024-cü ildə Azərbaycandakı mehmanxana və otel tipli obyektlərini gəlirləri 694,162 milyon manat, xərcləri isə 510,414 milyon manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 42 % və 30,8 % çoxdur.
Son nəticədə mehmanxana və otel tipli obyektlər 183,748 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bunun da 384,45 milyon manatı vergi kimi ödəyiblər. Bu isə əvvəlki ilə nisbətən 31,3 % çoxdur.


