Azərbaycanda tibb bacıları nə qədər maaş alır?

İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin əməkhaqları “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən hesablanır.
Bu barədə Trendin sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, qaydaya əsasən orta və kiçik tibb heyətinin əməkhaqlarına aşağıdakılar daxildir:
- tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı;
- aylıq sabit həvəsləndirici əlavə;
- əmək şəraitinə görə ödənilən əlavələr;
- qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər.
Məlumatda bildirilib ki, icbari tibbi sığortadan əvvəl orta və kiçik tibb heyətinin median əməkhaqqı 320 və 270 manat idisə, hazırda qaydaya əsasən, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan orta və kiçik tibb heyətinin əməkhaqqısı müvafiq olaraq 601 və 467 manat təşkil edir.



Digər xəbərlər
jpg-1747394068.jpg)
Səhiyyə Nazirliyindən yeni format: Sertifikasiya imtahanlarında 100 suallıq test və dərhal nəticə
jpg-1747394085.jpg)
Qanunsuz abort edənlərə SƏRT CƏZALAR OLACAQ
jpg-1747391437.jpg)
Azərbaycanda 91 qadına “model olacaqsan” deyib satıblar
jpg-1747308467.jpg)
Bu il 42 üçəm doğulub

“Son zəng”də şagird məktəbli formasında olmalıdır
jpg-1747307166.jpg)