Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, türkiyəli nazir Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı əldə edilmiş tarixi nailiyyətlər münasibətilə ölkəmizi səmimi-qəlbdən təbrik edib.
Nazirlər əldə edilmiş razılaşmaların, Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamənin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Sülh sazişinin paraflanmasının, habelə ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırışın sülhə mühüm töhfə olduğu qeyd edilib. Nazirlər bu strukturların ləğvi barədə ATƏT qərarının tezliklə qəbul ediləcəyini gözlədiklərini bildiriblər.
Telefon danışığı zamanı, həmçinin Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.



Digər xəbərlər

Ukrayna bu əraziləri AZAD ETDİ: Ruslar sərhəddən qovuldu - FOTO

Ərdoğanla Zelenski ikitərəfli, regional və qlobal məsələləri müzakirə edib

Abramyandan sülhlə bağlı ETİRAF

Livan-Azərbaycan Dostluq Assosiasiyası yaradılıb

TƏCİLİ! İran Ermənistana XƏBƏRDARLIQ ETDİ

Əraqçi və Mirzoyan arasında telefon danışığı olub
Xəbər lenti
Ən çox oxunan
