Britaniya müdafiə sənayesində kadr potensialını artırmaq üçün 182 milyon funt ayırır

Böyük Britaniya hökuməti ölkənin müdafiə sahəsində kadr potensialını gücləndirmək üçün yeni təhsil təşəbbüsü elan edib.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, yeni müdafiə sənaye strategiyası çərçivəsində 182 milyon funt sterlinq dəyərində maliyyə paketi ayrılacaq. Bu təşəbbüs beş yeni texniki mükəmməllik kollecinin yaradılmasını, qısamüddətli ixtisas kurslarını və məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) proqramlarını əhatə edəcək. Müdafiə Nazirliyi bildirib ki, bu strategiya gənclər üçün yeni imkanlar yaradacaq, həmçinin veteranların da məşğulluğa inteqrasiyasına dəstək verəcək.
Qeyd edək ki, bu addım keçmiş NATO rəhbərliyinin Britaniyanın silahlı münaqişəyə hazır olmadığı barədə xəbərdarlıqlarından sonra atılıb.



Digər xəbərlər

Qətərlə tərəfdaşlığın inkişafı üçün geniş imkanlar var

Şok xəbər: Qadınlar hərbi xidmətə çağırılacaq

İsveçdə göbələk mövsümündə zəhərlənmə halları artıb

“Lufthansa” aviaşirkətinin pilotları tətil etməklə bağlı səsvermə keçirəcəklər

Süni dadlandırıcılar beyin sağlamlığına təsir edə bilər - ARAŞDIRMA
