Qaradağda ictimai nəqliyyat problemi

11:15 / 07.09.2025 Oxunub: 31

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsinin 6-cı yaşayış massivində yaşayan sakinlər ictimai nəqliyyatdan istifadə etməkdə çətinlik çəkirlər.

KANAL 20 TV "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə yalnız 111 nömrəli marşrut xətti fəaliyyət göstərir.

Lakin həmin xəttin son dayanacağı massivdən təxminən 1 kilometr aralıda yerləşdiyinə görə, insanlar avtobusa minmək üçün uzun məsafəni piyada getməyə məcbur olurlar. Şəxsi avtomobili olmayan sakinlər üçün bu vəziyyət daha ciddi narazılıq yaradır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qəsəbəyə dəfələrlə baxış keçirilib. Araşdırmalar zamanı məlum olub ki, massivdə yolların ensiz olması və son dayanacaq üçün meydança ayrılmaması ictimai nəqliyyatın həmin əraziyə daxil olmasına imkan vermir.

Qeyd edilib ki, avtobusların təhlükəsiz hərəkəti və manevr edə bilməsi üçün yolların sonunda diametri azı 30 metr olan dönmə meydançaları təşkil edilməlidir. Hazırda isə belə şərait olmadığından marşrut xətti massivə daxil ola bilmir.



Digər xəbərlər

Xəbər lenti

07 Sentyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ