Qarabağ Universitetində tarixi HADİSƏ

Qarabağ Universitetində tarixi hadisə baş verib.
Universitetin gənc əməkdaşları Fatimə Səfərova və Elxan Qurbanlı ailə həyatı quraraq həm kollektivin, həm də bütün Qarabağ ictimaiyyətinin böyük sevincinə səbəb olublar.
Onların toy məclisi Xankəndi şəhərində keçirilib. Bu hadisə yalnız iki gəncin ailə həyatı qurması ilə məhdudlaşmır, həm də Qarabağda həyatın bərpa olunmasının, doğma torpaqlarda yenidən məskunlaşmanın rəmzi kimi dəyərləndirilir. Qarabağ Universitetinin rektoru Şahin Bayramov sosial şəbəkədə paylaşdığı təbrikdə bu nikahı möhtəşəm xəbər adlandıraraq bildirib ki, Xankəndidə keçirilən toy mərasimi doğma Qarabağda həyatın bərpası prosesində universitet kollektivinin fəal iştirakının göstəricisidir.
Rektor vurğulayıb ki, universitetin qurulmasında və inkişafında pay sahibi olan hər iki əməkdaşı ürəkdən təbrik edir, onlara xoşbəxt və firavan ailə həyatı arzulayır.
Bu, Qarabağ Universitetinin yaranışından keçən qısa müddət ərzində əməkdaşlarının ailə qurduğu ilk hal kimi tarixə düşüb. Artıq Xankəndidə yalnız təhsil deyil, həyat da canlanır: insanlar məskunlaşır, ailə qurur, yeni bir səhifə açırlar. Bu sevindirici xəbər bir daha göstərir ki, Azərbaycan xalqı işğaldan azad edilən torpaqlarda möhkəm şəkildə kök salır. Xankəndini Azərbaycana qaytaran Ali Baş Komandan İlham Əliyevin, şanlı Azərbaycan ordusunun qəhrəmanlığı və şəhidlərimizin canı bahasına qazanılan qələbə nəticəsində bu gün Qarabağda həyat dirçəlir, ümidlər gerçəyə çevrilir. Qarabağ Universitetində keçirilən bu toy mərasimi gələcəyin daha işıqlı, xoşbəxt və firavan olacağının ən təsirli rəmzlərindən biri kimi tarixə yazıldı.



Digər xəbərlər

"Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik" - MÜHÜM AÇIQLAMA

Faktiki hava: Azərbaycanın bəzi rayonlarında leysan yağıb

Bu gün imtahan var

Qaradağda ictimai nəqliyyat problemi

Bu gecə nadir hadisə baş verəcək - Gözlər səmaya dikildi
