Trampdan qəribə paylaşım

ABŞ Prezidenti Donald Tramp yanğın və uçan helikopterlər fonunda çəkdirdiyi fotosunu paylaşaraq, Çikaqo şəhərində deportasiya kampaniyası vəd edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında paylaşım edib.
"Səhərlər deportasiyaların qoxusunu sevirəm. Çikaqo Pentaqonun niyə Müharibə Nazirliyi adlandırıldığını tezliklə anlayacaq", - o, Çikaqonun fonunda özünün süni intellektlə yaradılan fotosunu şərh edib.
Fotoda "Chipocalypse Now" (Çipokalipsis indi - ing.) yazısı da yer alıb. Bu, ABŞ-nin Vyetnamdakı müharibəsindən bəhs edən "Apocalypse Now" (Apokalipsis indi - ing.) filminə istinaddır.
Trampın özü "Səhər napalm qoxusunu sevirəm" ifadəsi ilə tanınan podpolkovnik Bill Kilqor personajındaki baş geyimində təsvir edilib.
Xatırladaq ki, sentyabrın 5-də Tramp "Müharibə Nazirliyi" adının Pentaqonun əlavə adı kimi istifadə edilməsi haqqında sərəncam imzalayıb. O, Ağ Evdə çıxışı zamanı bildirib ki, ABŞ Müdafiə Nazirliyinin adının Müharibə Nazirliyi olaraq dəyişdirilməsi ABŞ ordusunun qələbəsi və gücünə işarədir.



Digər xəbərlər

ABŞ ruslar üçün yeni viza qaydaları tətbiq etdi

Ukrayna Müdafiə Nazirliyi MƏLUMAT YAYDI
jpeg-1757230322.jpeg)
ABŞ və Çin liderlərinin görüş yeri açıqlandı

Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

SENSASİON AÇIQLAMA: Putin Zelenski ilə təkcə Moskvada yox, istənilən yerdə...
