Bu hotel qonaqlara pivə çəlləyində gecələməyi təklif edir

08:45 / 01.09.2025 Oxunub: 140

Almaniyada qeyri-adi hotel qonaqlara 19-cu əsrə aid pivə çəlləklərində yatmağı təklif edir.

Oxu.Az xəbər verir ki, bu barədə "Luxury Property News" məlumat yayıb.

Məlumata görə, Ostbevern şəhərindəki "Beverland Resort"da "futbol", "dəniz", "tarixi", "kosmos" və s. daxil olmaqla 62 fərqli temalı otaq var. Lakin onların ən populyar olanlarından biri şübhəsiz ki, "Beer Barrel" otağıdır.

Bu otaq regional pivə zavodu "Pott's Brewery" ilə əməkdaşlıqla yaradılıb. Otaqda pivə istehsalı ilə bağlı müxtəlif əşyalar var. Çarpayı isə 1995-ci ilə qədər istifadə edilən əsl pivə çəlləyindən hazırlanıb.

Qiymətlər iki nəfər üçün bir gecəlik 120 avrodan başlayır.

 

 



Digər xəbərlər

Xəbər lenti

03 Sentyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ