Trampın oğlu prezident olmaq istəyir

ABŞ prezidenti Donald Trampın oğlu Erik Tramp gələcəkdə Amerika lideri postuna namizəd ola biləcəyini istisna etməyib, lakin hələlik bu suala qəti cavab verməyə hazır olmadığını bildirib.
KANAL 20 TV Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə Yaponiyanın “Nikkei Asia” qəzetinə müsahibəsində bildirib.
Erik Tramp gələcəkdə ABŞ prezidentliyinə namizədliyini irəli sürmək istəyib-istəməməsi ilə bağlı sualı cavablandırarkən deyib: “Mən "xeyr" demirəm, amma "bəli" də demirəm”.
Nəşr aydınlaşdırıb ki, Erik dövlət başçısı olmaq imkanını istisna etmir, lakin hazırda məşğul olduğu ticarət sahəsində fəaliyyətini bəyənir.
Erik Donald Tramp və İvana Trampın üçüncü övladıdır. O, qardaşı Donald Tramp Jr. və bacısı İvanka ilə birlikdə işlədiyi "The Trump Organization"da inkişaf və satınalmalar üzrə icraçı vitse-prezident vəzifəsini tutur. Erik Tramp, həmçinin "Trump Winery" şirkətinin sahibidir.
Bundan əvvəl Donald Trampın özü ABŞ Konstitusiyasında üçüncü dəfə prezident seçilməsinə imkan verəcək bəzi boşluqların olduğunu açıqlamışdı. Ağ Ev rəhbəri təfərrüatlara varmasa da, bu boşluqlardan istifadənin tərəfdarı olmadığını vurğulayıb.



Digər xəbərlər

Tramp: Zelenski və Putin sülh danışıqlarına hazır deyillər

ABŞ Prezidenti: Çin, Hindistan və Rusiya başçıları ilə çox yaxşı münasibətim var

Məhkəmə Harvard Universitetinin maliyyələşməsini bərpa edib

“Google” Fransada külli miqdarda cərimələnib

“Microsoft” Fransada əməkdaşlarının 10 faizini ixtisar edir
jpeg-1756697597.jpeg)