Cennifer Lopesin burnu sındı

14:30 / 15.05.2025 Oxunub: 32

Müğənni Cennifer Lopes "American Music Awards" mərasimindən əvvəl məşq zamanı ciddi zədə alıb.

Bu barədə "People" nəşri xəbər verib.

Məlumata görə, məşq zamanı sənətçinin burun çəpəri zədələnib.

Lopes özü sosial şəbəkə hesablarında bildirib ki, bir həftə ərzində tam sağalacağını gözləyir.

Qeyd edək ki, "American Music Awards" mükafatlandırma mərasimi mayın 26-da keçiriləcək. Cennifer Lopes bu il tədbirə 2015-ci ildən sonra ilk dəfə aparıcı qismində təntənəli qayıdış etməyə hazırlaşır.

 

 

 

 



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ