Azər Zahidin həbs müddəti uzadıldı

17:30 / 15.04.2025 Oxunub: 1688

“TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid barəsindəki həbs qərarının müddəti uzadılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azər Zahid barəsindəki həbs qərarının müddəti daha 3 ay artırılıb.

Bundan başqa, “TikTok” əməliyyatları nəticəsində saxlanılan “Rosh life” ləqəbli Rövşən Təhməzovun barəsində seçilmiş həbs qətimkan tədbirinin də müddəti 3 aylıq uzadılıb.

Qeyd edək ki, Azər Zahid, həm də qumar oyunlarının təşkili və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunur.



Digər xəbərlər

Xəbər lenti

13 May 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ