Aytacdan sonra Kürdə onun da meyidi TAPILDI

12:30 / 15.05.2025
Oxunub: 19
Tbilisidə Kür çayının suyunun azaldılmasından sonra aparılan axtarışlar nəticəsində daha bir naməlum meyit aşkarlanıb.
KANAL 20 TV APA-ya istinadən xəbər verir ki, məlumatı Fövqəladə Halların İdarəetməsi Xİdməti yayıb.
Bildirilib ki, axtarışlar nəticəsində mayın 14-də baş vermiş avtomobil qəzası ilə əlaqəli olmayan daha bir meyit aşkarlanıb. Xilasedicilər çaya düşmüş avtomobilin 2 sərnişinin meyitlərini də tapıblar. Qeyd edək ki, xilasedicilər ötən gün axtarışlar zamanı Ortaçala SES yaxınlığında naməlum qadın meyiti aşkarlayıblar. Tibbi ekspertiza nəticəsində onun Qardabani rayonunun Kosalı kəndindən olan 21 yaşlı Aytac Məmmədovanın olduğu məlum olub.
Avtomobil qəzası nəticəsində itkin düşmüş daha bir şəxsin axtarışları davam etdirilir.



Digər xəbərlər

Azərbaycanlı müğənni HƏBS EDİLDİ

Baş leytenant Murad Əfəndiyev avtomobilinə benzin tökərək od vurub

Özünü şəhid atası kimi təqdim edərək dələduzluq edən şəxs saxlanıldı

Masallıda qız şagirdlər arasında dava: Xəstəxanaya yerləşdirilən var

Kişi sevgilisini BIÇAQLADI
