Rusiya XİN-dən Moskva Bakı ilə münasibətləri barəsində DÜNYANI SARSIDAN AÇIQLAMA

19:30 / 15.05.2025 Oxunub: 36

Rəsmi Moskva Bakı ilə münasibətlərin tam potensialını üzə çıxarmağı hədəfləyib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanla münasibətlərini 2022-ci ilin fevralında ən yüksək səviyyədə imzalanmış "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" bəyannamə əsasında qurur.

"Biz ikitərəfli münasibətlərdə mühüm əhəmiyyət kəsb edən bu sənədin bütün potensialının ardıcıl şəkildə üzə çıxarılmasına, yaranan bütün məsələlərin qarşılıqlı faydalı, qarşılıqlı hörmət əsasında həllinə yönəlmişik", - o bildirib.

Zaxarova, həmçinin vurğulayıb ki, Moskva və Bakı hökumətlər və xarici siyasi qurumların xətti ilə yüksək səviyyədə təmasdadır.

Bundan başqa, o, Azərbaycan hərbçilərinin mayın 9-da Moskvada Qələbə paradında iştirakını xüsusi qeyd edib: "Onlar bu bayramı bizimlə bölüşmək və öz möhtəşəm iştirakları ilə dolğunlaşdırmaq üçün Azərbaycandan bizə gəliblər".



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ