Ötən gün 71 cinayətin açılması təmin olunub
Sentyabrın 9-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 184, o cümlədən borclu şəxs qismində axtarışda olan 146 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 9 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 10,1 kiloqram narkotik vasitə və 118 güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Yabanı halda bitmiş 922 ədəd narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 qumbara, 6 tüfəng, 4 patron darağı və 160 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər də saxlanılıb.


Digər xəbərlər
Xocalıda mina partlayıb, ANAMA-nın əməkdaşı xəsarət alıb
QHT nümayəndələri “Loqos” rezidensiyasında və Qənirə Paşayevanın ev muzeyində oldular
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Sabah arabir yağış yağacaq, qısamüddətli leysan olacaq - PROQNOZ
Tramp Putini G20 sammitinə dəvət edib-etməyəcəyinə hələ qərar verməyib
QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib
Xəbər lenti
Mahir Emreli hücum keyfiyyətlərinə görə Polşa çempionatının ən yaxşı futbolçuları sırasındadır
Ən çox oxunan