İsrail ordusu Qəzzada HƏMAS-a məxsus 3 silah anbarını məhv edib
11:50 / 10.09.2026
Oxunub: 1399
İsrail Qəzza zolağında HƏMAS-a məxsus 3 silah anbarını məhv edib.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, İsrail ordusu və Şin Bet (Şabak) təhlükəsizlik xidməti Qəzzanın müxtəlif ərazilərinə zərbələr endirib.
Məlumata görə, məhv edilən anbarlarda odlu silahlar, partlayıcı qurğular, tank əleyhinə raketlər və digər hərbi avadanlıqlar saxlanılıb.
İsrail ordusu HƏMAS-ın hərbi imkanlarını zəiflətmək və qruplaşmanın silah ehtiyatlarını bərpa etməsinin qarşısını almaq məqsədilə əməliyyatları davam etdirəcəyini bildirib.


Digər xəbərlər
Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb
Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər
Xəbər lenti
16 Oktyabr 2026
09 Oktyabr 2026
08 Oktyabr 2026