Çində sabiq qubernator 21,8 milyon dollarlıq rüşvətə görə edam olunacaq
Çinin şimalındakı Şensi əyalətinin keçmiş qubernatoru Cin Siancun rüşvət aldığına görə ikiillik möhlətlə edam cəzasına məhkum edilib.
AZƏRTAC xəbər verir ki, Henan əyalətinin Sinyan şəhərindəki məhkəmənin çıxardığı hökmə əsasən bütün şəxsi əmlakı və qanunsuz qazancları müsadirə ediləcək sabiq məmur ömürlük siyasi hüquqlarından da məhrum edilib.
Məhkəmə Cin Siancunun 2004-2025-ci illərdə Yulin şəhərinin meri, Tiencin şəhəri merinin müavini və Şansi əyalətinin qubernatoru vəzifələrində çalışdığı dövrdə səlahiyyətlərindən sui-istifadə edərək şirkətlərə və fərdlərə biznes əməliyyatları, layihə müqavilələri və kadrların yüksəldilməsi kimi məsələlərdə kömək göstərdiyini müəyyən edib. Bunun müqabilində o, qanunsuz olaraq 148 milyon yuan (təxminən 21,8 milyon ABŞ dolları) dəyərində pul və qiymətli əşyalar qəbul edib.
Qeyd edək ki, sabiq qubernator ötən ilin oktyabrında Çin Kommunist Partiyasından xaric edilib və dövlət vəzifəsindən uzaqlaşdırılıb.


Digər xəbərlər
Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb
Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər