Ceyhun Bayramov pakistanlı həmkarı ilə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıb
 

23:48 / 07.06.2025 Oxunub: 20

 

Xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, nazirlər arasında Azərbaycan-Pakistan tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub.

Ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin artan dinamikasından məmnunluq ifadə olunub. Laçın şəhərində keçirilmiş Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü çərçivəsində aparılmış danışıqlardan irəli gələn məsələlər, o cümlədən iyunun 21-22-də İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına, habelə Azərbaycanın cari ilin iyul ayında ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına hazırlıq məsələləri nəzərdən keçirilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Digər xəbərlər

Xəbər lenti

07 Iyun 2025
04 Iyun 2025
03 Iyun 2025
02 Iyun 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ