Fernandu Santuş: Latviya yığmasının heç bir qol epizodu olmadı
 

23:39 / 07.06.2025 Oxunub: 1202

 

Komandamız konsentrasiyalı idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Latviya ilə keçirdikləri yoldaşlıq oyunundan (0:0) sonra təşkil olunan mətbuat konfransında deyib.

O, meydanda yaxşı təşkil olunmuş kollektiv gördüyünü bildirib: "Qələbə qazanmaq istəyirdik. İlk 15-20 dəqiqədə topa nəzarət baxımından müəyyən problemlər oldu. Ancaq sonradan vəziyyəti düzəltdik. Ümumi götürdükdə komandamız yaxşı çıxış etdi. İkinci hissədə topa nəzarət, demək olar ki, bizim tərəfimizdə idi. Rəqibin qapısı önündə təhlükəli vəziyyətlər yarada bilirdik. Latviya yığmasının isə heç bir qol epizodu olmadı. Yeganə çatışmazlıq ələ düşən vəziyyətləri qola çevirə bilməməyimiz oldu. Ümumilikdə bizim üçün pozitiv oyun alındı".

Qeyd edək ki, A milli növbəti yoldaşlıq görüşünü iyunun 10-da “Liv Bona Dea Arena”da Macarıstan yığmasına qarşı keçirəcək.



Digər xəbərlər

Xəbər lenti

14 Mart 2026
13 Mart 2026
11 Mart 2026
10 Mart 2026
08 Mart 2026
04 Mart 2026
03 Mart 2026

Ən çox oxunan

Hadisə

Müsahibə