Müdafiə naziri: Türkiyə NATO çərçivəsində bütün öhdəliklərini yerinə yetirməyə davam edəcək
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bəyan edib ki, Ankara NATO çərçivəsində bütün öhdəliklərini yerinə yetirməyə davam etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən ikigünlük görüşünün yekunlarını şərh edən türkiyəli nazir Ankaranı “güvənilə bilən və güvənməli olan güclü NATO müttəfiqi” adlandırıb.
Yaşar Gülər xatırladıb ki, Türkiyə Şimali Atlantika Alyansında ikinci ən böyük orduya sahibdir, NATO missiyalarına verdiyi töhfəyə görə ilk beş ölkə arasındadır.
O vurğulayıb ki, dövrümüzün çağırışlarını nəzərə alaraq, Avropada təhlükəsizliyin təmin edilməsi yalnız “kollektiv addımlar, birlik və düşünülmüş strategiya” ilə mümkündür. “Bu baxımdan Avropa İttifaqına daxil olmayan ölkələrin də mexanizmlərə daxil edilməsi çox vacibdir”, - deyən Y.Gülər NATO müttəfiqlərinə müdafiə məhsullarının ixracına qoyulan məhdudiyyətlərin yolverilməz olduğuna işarə edib.
Müdafiə naziri Türkiyənin Kiyev ilə Moskva arasında sülhə nail olmaq üçün göstərdiyi səylərə də diqqət çəkib, Ankaranın davamlı atəşkəsə töhfə vermək istəyini vurğulayıb. “Biz Ukraynada ədalətli və uzunmüddətli sülhə yönəlmiş bütün səyləri dəstəkləyirik”, - deyə türkiyəli nazir əmin edib.


Digər xəbərlər
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad etdi
Prezident təsdiqlədi: Xüsusi xidmət sahiblərinə 46 günlük məzuniyyət
İlham Əliyev Ağdərədə danışdı, region eşitdi: Azərbaycan geri dönməyəcək
XIII Qlobal Bakı Forumuna hazırlıq başa çatmaq üzrədir
Prezident İlham Əliyev Nadejda İsmayılovanı “Şöhrət” ordeni ilə təltif edib
Dayanıqlı sülh üçün bu addımları atmalıyıq - Vüqar İskəndərov
Xəbər lenti
Ən çox oxunan