Dəhşət saçan hadisə: Masallıda 12 yaşlı uşağa TƏCAVÜZ EDİLDİ

16:15 / 21.10.2025 Oxunub: 4795

Masallı rayonunda 21 yaşlı şəxs 12 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun kəndlərindən birində baş verib.

Kənd sakini, 2004-cü il təvəllüdlü Mirsahib Əzizov spirtli içki qəbul edərək evlərinə gəlib. O, evlərində olan stol və divanı həyətə çıxarmaq istəsə də, tək olduğundan gücü çatmayıb. Buna görə də o, həyətə çıxıb, köməkçi axtarıb. Həmin vaxt o, qonşuluqda yaşayan 2013-cü il təvəllüdlü Hikmətin evlərinə su apardığını görüb. O, Hikməti köməyə çağırıb. Hikmət su qabını küçədə yerə qoyub, Mirsahibə köməyə gəlib. Mirsahib Hikmətin evə daxil olduğunu görüb qapını bağlayıb və ona seksual təklif edib. Uşaq bundan imtina etsə də, Mirsahib onu ölümlə hədələyib. Daha sonra o, Hikmətlə qeyri-təbii yolla cinsi əlaqədə olub. Daha sonra Mirsahib ona yenidən hədə-qorxu gələrək, bu barədə kiməsə deyəcəyi təqdirdə onu öldürəcəyini bildirib.

Hikmət qapıdan çıxıb, ağlaya-ağlaya evlərinə qaçıb və anasına Mirsahibin ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirib.

Hadisə barədə polisə məlumat verilib. Polis əməkdaşlarından qorxan Mirsahib evlərini tərk edib başqa yerdə gizlənib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Mirsahib Əzizov saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanıb və iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Mirsahib Əzizov 18 il müddətə azadlıqdan məhrum edilib.



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə