DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd olunub ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir.
Məlumata görə, proses müəyyən qədər vaxt tələb etdiyindən müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, 86 min 468 abituriyent bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiqləyib.



Digər xəbərlər

Bakıda güclü külək əsəcək, bəzi dağlıq ərazilərdə yağış yağacaq - PROQNOZ
jpeg-1755573671.jpeg)
XOŞ XƏBƏR: Yeni peşə təmayüllü siniflər yaradılacaq

Azərbaycanda ilan təhlükəsi artır – Sürünənlərin fəallaşmasının şok səbəbi

İşçinin hüquqlarını pozan şirkət- 20 min cərimələndi

Nikah və boşanmaların sayı AÇIQLANDI
