Azərbaycanın xarici bazarlara nar ixracatı 37,7 faiz artıb
 

14:43 / 21.08.2025 Oxunub: 53

 

Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları arasında nar xüsusi yer tutur.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, xarici bazarlara nar ixracında artım dinamikası davam edir. Bu ilin yanvar-iyul aylarında ölkəmizdən 4 milyon 298,7 min dollar dəyərində 5,027,3 ton nar ixrac edilib.

Qeyd olunan dövrdə nar ixracatı həcm olaraq 37,7 faiz, dəyər olaraq 31,7 faiz artıb.

Ölkəmizdə intensiv nar bağlarının salınması dövlət tərəfindən subsidiyalaşdırılır. İntensiv nar bağları əsas etibarı ilə Qarabağ, Şərqi Zəngəzur, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Gəncə-Daşkəsən və Dağlıq Şirvan iqtisadi rayonlarında vahid ərazidə salınan və sahəsi azı 3 hektar olan və 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar nəzərdə tutulur.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınmış intensiv nar bağlarının hər hektarına görə dövlət tərəfindən 3000 manat subsidiya verilir.



Digər xəbərlər

Xəbər lenti

21 Avqust 2025
19 Avqust 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ