Zelenski: Ukrayna Rusiya ilə potensial “ərazi mübadiləsi” məsələsində qırmızı xətləri keçməyə hazır deyil

Ukrayna Rusiya ilə potensial “ərazi mübadiləsi” məsələsində qırmızı xətləri keçməyə hazır deyil və hesab edir ki, düşmənin Donbası işğal etməsinə hələ daha dörd il vaxt lazım ola bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə deyib.
O qeyd edib ki, Kiyevin nəyə hazır olması barədə danışmazdan əvvəl Moskvanın nələri edə biləcəyini öyrənmək lazımdır. Məsələn, Donetsk bölgəsi ilə bağlı Amerika lideri Donald Trampla görüşdə qeyd olunub ki, 2022-ci ilin fevralından Rusiya onun ərazisinin 69%-ni deyil, təxminən üçdəbirini ələ keçirib.
O əlavə edib: “Yəni, demək olar ki, 4 illik genişmiqyaslı müharibədə onlar Donetsk vilayətinin üçdəbirini işğal ediblər. Ona görə də izah etdim ki, ilin sonuna qədər bizim Donbasımızı işğal edəcəkləri ilə bağlı xəbərlərin hamısı boş söhbətdir. Bizim Donbasımızı işğal etmək üçün onlara daha 4 il vaxt lazım ola bilər”.
Sumı bölgəsinə gəlincə, Zelenski Rusiyanın onu ələ keçirə bilməyəcəyinə əmindir. “Açığını desəm, onlar sərhəd bölgəsində indi olduqları əraziləri əllərində saxlaya bilməyəcəklər. Bugünkü reallıqda bu, zaman məsələsidir: bir neçə ay keçəcək və Rusiya ordusu Sumı rayonunda olmayacaq”.
Zelenski hesab edir ki, gələcəkdə Rusiya Federasiyası Xarkov vilayətini də ala bilməyəcək.
Ukrayna Prezidenti əlavə edib: “Nikolayev vilayəti haqqında danışanda, onlar bizə Kinburn zolağını verməyə hazırdırlar... Bu zolaq onlara yalnız dənizi bizim üzümüzə bağlamaq üçün lazımdır”.
Dövlət başçısı bir daha vurğulayıb ki, Ukrayna müvəqqəti zəbt edilmiş heç bir ərazinin işğalını hüquqi cəhətdən tanımır. “Bu, mənim mövqeyimdir”, - deyə o sözlərini yekunlaşdırıb.
Volodimir Zelenski bundan əvvəl Vladimir Putinlə ikitərəfli görüşdə “ərazilərin mübadiləsi” məsələsinin müzakirə ediləcəyini bildirmişdi.
ABŞ Prezidenti Donald Tramp eyham edib ki, Ukrayna Krımdan və NATO-ya üzvlük perspektivindən imtina edərsə, müharibə bitə bilər. Mediada yer alan insayder məlumatlara görə, Putin hazırkı cəbhə xəttini digər ərazilərdə “dondurmaq” imkanına görə Kiyevdən Donetsk vilayətindən çıxmağı tələb edir.



Digər xəbərlər

Paşinyan: 2026-cı il seçkilərində Ermənistan vətəndaşları sülhün olub-olmaması arasında seçim edəcəklər

Bəzi insanlar niyə daha tez qocalırlar? - TƏDQİQAT

Həbib Nurməhəmmədov UFC-yə qayıtmaqdan imtina edib

AĞACAQANADLAR vasitəsi ilə virus yayılır: 16 ölkədə 240 mindən çox yoluxma, 90 ölüm

Afrika ölkələri dünya xəritəsini dəyişmək istəyirlər
