Paşinyan: 2026-cı il seçkilərində Ermənistan vətəndaşları sülhün olub-olmaması arasında seçim edəcəklər

2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində Ermənistan vətəndaşları "sülh və sülhün olmaması" arasında seçim etməli olacaqlar.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərə bildirib.
"Qarşıdan gələn parlament seçkilərində Ermənistan vətəndaşları seçim etməlidirlər - mən "sülh və müharibə" demək istəmirəm, daha yumşaq deyəcəyəm: sülhlə sülhün olmaması arasında.
Məhz buna görə də bazar ertəsi etdiyim müraciətimdə aydın şəkildə bəyan etdim ki, bərqərar olmuş bu sülh gündəlik qayğıya ehtiyac duyur və bu, vətəndaşlar da daxil olmaqla, hər birimizin birlikdə həll etməli olduğumuz bir vəzifədir", - N.Paşinyan qeyd edib.
O, həmçinin vurğulayıb ki, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması üçün "hər gün işləyir, işləyib və işləyəcək".



Digər xəbərlər

Zelenski: Ukrayna Rusiya ilə potensial “ərazi mübadiləsi” məsələsində qırmızı xətləri keçməyə hazır deyil

Bəzi insanlar niyə daha tez qocalırlar? - TƏDQİQAT

Həbib Nurməhəmmədov UFC-yə qayıtmaqdan imtina edib

AĞACAQANADLAR vasitəsi ilə virus yayılır: 16 ölkədə 240 mindən çox yoluxma, 90 ölüm

Afrika ölkələri dünya xəritəsini dəyişmək istəyirlər
