ABŞ lideri Ağ Evdə Ukrayna Prezidenti ilə görüşüb

12:30 / 19.08.2025 Oxunub: 135

Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenskinin görüşü başlayıb.

Ağ Ev görüşü birbaşa yayımlayır.

Birgə şəkil çəkdirdikdən və mətbuata şərhlərdən sonra liderlər binaya daxil olublar.

Jurnalistin Ukrayna xalqına nə deyəcəyini soruşduqda Tramp belə cavab verib: “Biz onları sevirik”.

Görüşdə ABŞ tərəfdən dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens, eləcə də xüsusi elçi Stiv Uitkoff, Ukrayna tərəfdən isə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov iştirak edir.

Ukrayna Prezidenti amerikalı həmkarı Donald Trampla görüşdən əvvəl Finlandiya, Böyük Britaniya, İtaliya və Avropa Komissiyasının liderləri və NATO-nun Baş katibi ilə mövqelərini razılaşdırdığını bildirib.//Report//



Digər xəbərlər

Xəbər lenti

21 Avqust 2025
19 Avqust 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ