Donald Tramp: ABŞ Suriyaya qarşı sanksiyalardan istifadəni dayandıracaq
jpg-1747199575.jpg)
ABŞ Suriyaya qarşı sanksiyalardan istifadəni dayandıracaq ki, bu ölkənin sülh şansı olsun.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-Amerika investisiya forumunda çıxışı zamanı bildirib.
“Dövlət katibi Marko Rubionun bu həftənin sonunda Türkiyədə Suriyanın yeni xarici işlər naziri Əsəd əş-Şibani ilə görüşəcəyini elan etməkdən çox məmnunam. Ən önəmlisi, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə etdikdən sonra Suriyaya qarşı sanksiyaların dayandırılmasına tapşırıq verəcəyəm. Onlara sülhə nail olmaq şansı vermək lazımdır”, - Tramp deyib.
O, Suriyanın yeni hökumətinin ölkədə vəziyyəti sabitləşdirə biləcəyinə ümid etdiyini vurğulayıb.
“Bu qədər pis şeylərin və ölümün baş verdiyi Suriyada yeni hökumət formalaşıb ki, biz hamımız onların ölkədəki vəziyyəti sabitləşdirə və sülhü qoruya biləcəyinə ümid edirik. Administrasiyam Livana iqtisadi inkişaf və qonşuları ilə sülh yaratmağa kömək etməyə hazırdır”, - ABŞ dövlət başçısının bəyanatında deyilir.
Daha əvvəl Ağ Evin nümayəndəsi ABŞ liderinin mayın 14-də Səudiyyə Ərəbistanında Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa ilə görüşməyə razılaşdığını bildirmişdi.



Digər xəbərlər

Prezident milli komandanın üzvlərini qəbul etdi

Türkiyə və Azərbaycan mediası ilə bağlı önəmli müzakirələr-fotolar

Bakı-Ankara əməkdaşlığı genişlənir: ekspertlər yeni hədəfləri müzakirə etdi

İlham Əliyev Pakistanın energetika nazirini qəbul edib

İlham Əliyev Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədrini qəbul edib

Xankəndi, Xocalı və Ağdərədə ermənilər...
Xəbər lenti
Ən çox oxunan
jpeg-1747389802.jpeg)