Dəhşətli olay: YATAQXANADA17 tələbə qazdan zəhərləndi

12:15 / 31.05.2025
Oxunub: 458
Mayın 30-da İranın qərbində yerləşən İlam vilayətində “İlam” Universitetinin 17 tələbəsi yataqxanada qazdan zəhərlənib.
Trend-in məlumatına görə, bunu İranın İlam Tibb Elmləri Universitetinin fövqəladə hallar və təcili yardım idarəsinin müdiri Həmid Səfərpur ölkənin yerli mediasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, tələbələrdən 12 nəfərə ambulator xidmət göstərilib, 5 nəfər isə “Razi” xəstəxanasına köçürülüb.
Səfərpur hadisənin yataqxananın qazanxanasında qazın sönməsi və qazın binaya yayılması nəticəsində baş verdiyini deyib.
Qeyd edək ki, İranın “İlam” Universitetinin təxminən 7 min tələbəsinin olduğu bildirilir.



Digər xəbərlər

Oğuzda meşəlik ərazidə üzərinə ağac düşən 34 yaşlı şəxs ölüb

Bakıda yol-nəqliyyat hadisəsi olub, tıxac yaranıb

Bakıda Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvləri ilə bağlı məhkəmə iclası keçirilir

“Azərbaycan-Ural” ictimai təşkilatının rəhbəri Şahin Şıxlinski dindirilib

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin son durumu açıqlanıb
jpg-1748732177.jpg)
Körpü partladıldı: yaralananların sayı 10-a çatdı
Xəbər lenti
29 Iyul 2025
Ən çox oxunan

19:26
08 Iyul 2025
7134