Dövlət Xidmətində Türkiyənin Milli Təhlükəsizlik Şurasının rəhbərliyi ilə görüş keçirilib

Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini ziyarət edib.
"Report"un məlumatına görə, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Azərbaycan-Türkiyə arasında olan qardaşlıq və müttəfiqliyin böyük tarixi köklərə malik olmasını vurğulayıb.
Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memiş də öz növbəsində iki ölkə arasında olan münasibətlərin dərinləşməsinin, həmçinin hərbi sahədə əməkdaşlığın və təcrübə mübadiləsi aparılmasının önəmli olmasından danışıb.
Görüş zamanı hərbi xidmətə çağırış prosesi, tibbi şəhadətləndirmə, möhlət hüququ, dinc dövrdə və müharibə dövründə səfərbərlik hazırlığı, proseslərin avtomatlaşdırılması, rəqəmsallaşma və bir sıra digər mühüm məsələlər müzakirə olunub.
Görüşün sonunda qonaqlara rəmzi hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.



Digər xəbərlər

Trampdan “hava şoku”: ABŞ F-55 adlı yeni döyüş təyyarəsi hazırlayır

Rusiya XİN-dən Moskva Bakı ilə münasibətləri barəsində DÜNYANI SARSIDAN AÇIQLAMA

Suriya liderindən SƏRT AÇIQLAMA - Buna imkan verməyəcəyik

Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ

Ankarada Ərdoğan və Zelenski arasında danışıqların gündəliyi açıqlanıb
