Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb

12:00 / 05.09.2025 Oxunub: 565

Perunun xarici işlər naziri Elmer Şialer Salsedo bu ölkədə sentyabrın 3-4-də səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə qarşı tərəf Azərbaycanla ikitərəfli münasibətlərin inkişafına ölkəsinin marağını ifadə edərək ilk siyasi məsləhətləşmələrin əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinə təkan verəcəyini söyləyib.

Xatırladaq ki, sentyabrın 4-də Azərbaycan və Peru Limada Xarici İşlər nazirlikləri (XİN) arasında ilk siyasi məsləhətləşmələr raundu keçirilib. //Report//



Digər xəbərlər

Xəbər lenti

05 Sentyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ