TƏBİB Formula 1 çərçivəsində tibbi xidmət təşkil edəcək

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan 2025-ci il Formula 1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi xidmətin göstərilməsi həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, sentyabrın 18-dən 21-dək Formula 1 yarışlarında yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısının fəaliyyət göstərməsi nəzərdə tutulub.
Eyni zamanda, tibbi xidmətin təşkili istiqamətində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.
Yarış müddətində tibb məntəqələri lazımi tibbi avadanlıq və dərman vasitələri ilə təmin olunacaq.
Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb işçiləri 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərəcək.
Qeyd edək ki, TƏBİB 6 ildir Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.



Digər xəbərlər

Bakıdan Moskvaya sərt cavab: “AZAL təzminatı ilə dövlətlərarası məsələni qarışdırmayın”

Aleksey Overçuk: Rusiya-Azərbaycan iqtisadi əlaqələri çox yaxşı inkişaf edir

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

DTX tərəfindən saxlanılan erməniəsilli terrorçu barədə yayılan iddialara aydınlıq gətirildi

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb
