Dünya çempionatında 1/4 final mərhələsinə start verilir
 

12:19 / 09.07.2026 Oxunub: 450

 

Bu gecə futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, ABŞ-nin Foksboro şəhərində yerləşən Boston stadionunda Fransa və Mərakeş milli komandaları üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Görüşün baş hakimi argentinalı Fakundo Telyo olacaq.

Bu raundun digər qarşılaşmalarında İspaniya Belçikanı, İngiltərə Norveçi, Argentina isə İsveçrəni sınağa çəkəcək.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.



Digər xəbərlər

Xəbər lenti

14 Iyul 2026
13 Iyul 2026
10 Iyul 2026
09 Iyul 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ