Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır

20:26 / 08.05.2024 Oxunub: 284

Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır.

KANAL 20 TV “Report”-a istinadən  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib.

Onun sözlərinə görə, regionda sabitliyə nail olunmalıdır.

Ərdoğan Bakı ilə İrəvan arasında əldə olunan irəliləyişdən məmnun olduğunu və iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşündən müsbət nəticələr gözlədiyini qeyd edib.



Digər xəbərlər

Xəbər lenti

24 Iyun 2025
23 Iyun 2025
22 Iyun 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ