Fındıq bahalaşacaq

Qax rayonunun bir sıra kəndlərində əhalinin əsas dolanışıq mənbəyi fındıqçılıqdır. Lakin bu il Turaclı kəndində fındıq istehsalçıları məhsuldarlığın ciddi şəkildə azaldığını bildirirlər.
Sakinlərin sözlərinə görə, mövsümdən böyük ümidləri olsa da, nəticə əvvəlki illərlə müqayisədə xeyli zəifdir:
"Bağımda 120 fındıq ağacı var. Əvvəllər 2 ton məhsul alırdım. İllərdir məhsuldarlıq azalır. 700 kiloqramdan 500-ə, sonra 430-a düşdü. Bu il isə güclə 300 kiloqram ola bilər. Qışın sərt, yazın isə ayazlı keçməsi məhsula ziyan vurdu".
Mütəxəssislər də bu azalmanın əsas səbəbi kimi iqlim dəyişikliklərini və hava şəraitinin qeyri-sabitliyini göstərirlər.
Mövzu ilə bağlı Aqrar Sığorta Fondundan verilən məlumata görə, təsərrüfat sahibləri hava şəraitindən doğan bu kimi risklərə qarşı fındıq bağlarını əvvəlcədən sığortalatdırmaqla, zərər çəkdikləri halda dövlət tərəfindən sığorta ödənişi ala bilərlər.\\Milli.Az



Digər xəbərlər

Aqrar sahədə mütəxəssislərlə əlaqədar ictimai dinləmənin keçirilməsi təklif olunub
jpeg-1757560538.jpeg)
Azərbaycanda ən çox maaşı bu sahələrdə çalışanlar alır

iPhone 17 Bakıda nə vaxt satışa çıxacaq?

Özəl pensiya fondları haqqında qanun layihəsi hazırlanır

“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib

“Kəlbəcər” tankeri ilə indiyədək 385 min tona yaxın yük daşınıb
Xəbər lenti
Ən çox oxunan
