QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

10:13 / 03.03.2026 Oxunub: 1644

Kanal20tv.az Bugun.tv - yə istinadla bildirir ki, “Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyinin nəzdində fəaliyyət göstərəcək “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” təsis olunub.

Birliyin İdarə Heyətinin üzvü Abdullayeva Ayşən Azər qızı 1 mart 2026-cı il tarixindən etibarən mərkəzin direktoru vəzifəsinə təyin edilib.

Yeni yaradılan qurumun əsas məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən şəxslərə və onların ailələrinə sosial, psixoloji və maarifləndirici dəstək göstərməkdir. Bununla yanaşı, cəmiyyətdə xəstəliklə bağlı məlumatlılığın artırılması, ictimai maarifləndirmə işinin gücləndirilməsi və müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində sosial layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Mərkəz gələcək fəaliyyətində talassemiyalı xəstələrin hüquqlarının müdafiəsi, xeyriyyə aksiyalarının təşkili, sosial dəstək proqramlarının icrası və ictimai kampaniyaların keçirilməsini planlaşdırır. Qurumun fəaliyyətində şəffaflıq, sosial həssaslıq və ictimai həmrəylik prinsiplərinin əsas götürüləcəyi bildirilib.



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə