Sosial şəbəkədə təhqirə görə 6 nəfər inzibati məsuliyyətə cəlb olundu

17:16 / 23.02.2026 Oxunub: 604

Sosial şəbəkələrdə təhqiramiz paylaşımlar edən şəxslər barəsində inzibati tədbirlər görülüb.

Kanal 20 xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmalar zamanı internet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol verən 6 nəfər şəxs müəyyən olunub.

Həmin şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinin tələblərini pozduğu qeyd edilib. Sözügedən maddə internet resurslarında əxlaqsız ifadələrin səsləndirilməsi, yaxud bu məzmunda təəssürat yaradan jest və davranışların nümayiş etdirilməsinə görə məsuliyyət nəzərdə tutur.

Toplanan materiallar aidiyyəti üzrə məhkəmələrə göndərilib. Qərara əsasən, 4 nəfər barəsində inzibati həbs, 2 nəfər barəsində isə inzibati cərimə tənbeh tədbiri tətbiq edilib.



Digər xəbərlər

Xəbər lenti

28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə