Gürcüstan mətbuatı Azərbaycan ilə Çin arasında imzalanan bəyanatdan yazıb

11:00 / 03.09.2025 Oxunub: 1091

Gürcüstanın nüfuzlu ipress.ge portalı Azərbaycan Prezidenti İlham Əliyevin Pekində Çin Sədri Si Cinpinlə görüşü barədə material yayıb.

KANAL 20 TV  AZƏRTAC-a istinadla xəbər verir ki, məqalədə hər iki ölkə liderinin Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulmasını bəyan etdiyi vurğulanıb.

Portal Çinin "Sinxua" informasiya agentliyinə istinadla Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyanatın tam mətnini dərc edib.

Bildirilir ki, 18 bənddən ibarət birgə bəyanatda hər iki ölkənin əsas maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birini qətiyyətlə dəstəkləyəcəkləri vurğulanır.

Birgə bəyanatda tərəflər nəqliyyat infrastrukturunun inkişafı, həmçinin mədəniyyət və yaradıcılıq qrupları sahəsində əməkdaşlıq, eyni zamanda turizm, səhiyyə, idman, kino və televiziya sahələrində, eləcə də media sektorunda qarşılıqlı səfərlər, məlumat və təcrübə mübadiləsi vasitəsilə əməkdaşlığın genişləndirilməsini dəstəkləyiblər.

Tərəflər humanitar mübadilənin daha da inkişafına kömək etməyə hazır olduqlarını bildiriblər.

 

İlham Əliyev

 



Digər xəbərlər

Xəbər lenti

10 Mart 2026
08 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə