Gürcüstanda QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əks Kəşfiyyat Xidməti xarici ölkələrə casusluq edən şəxslərə qarşı xüsusi əməliyyat keçirib.
AZƏRTAC xəbər verir ki, nəticədə iki xarici ölkənin xüsusi xidmət orqanlarına məlumat ötürən QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib.
DTX-da keçirilən brifinqdə bildirilib ki, istintaq nəticəsində qeyri-hökumət təşkilatlarından birinin təsisçisi və rəhbərinin maddi mənfəət əldə etmək və xarici ölkənin maraqlarını təmin etmək üçün sistemli şəkildə kəşfiyyat məlumatlarını xarici ölkələrin xüsusi xidmət orqanlarına ötürdüyü məlum olub.
Saxlanılan şəxsin xarici kəşfiyyat xidmətlərinin nümayəndələri ilə yüksək səviyyədə mütəşəkkil sui-qəsd xarakterli sistematik əlaqələri olub. Məlumat həm üzbəüz görüşlər, həm də elektron vasitələrlə təqdim edilib. Bundan əlavə, vaxtaşırı ölkə xaricində görüşlər keçirilib.
Casusluqda ittiham olunan şəxs xarici xüsusi xidmət orqanlarının təlimatı və maliyyəsi ilə müvafiq fəaliyyətlər aparmaq üçün informasiya platformaları yaradıb və eyni zamanda ölkə daxilində müxtəlif tədbirlər təşkil edib.
İş Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinin 1-ci hissəsi ilə araşdırılır və bu maddə 8 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.


Digər xəbərlər
Kobaxidze: Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı bizim üçün xüsusi əhəmiyyət kəsb edir
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Vyetnamda Azərbaycanın Müstəqillik Günü qeyd olunub
MSK sədri: Adı seçici siyahısına düşməyən şəxslərin də seçkilərdə iştirak hüququ qorunur
Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb
Xəbər lenti
Ən çox oxunan