MSK sədri: Adı seçici siyahısına düşməyən şəxslərin də seçkilərdə iştirak hüququ qorunur
 

16:50 / 26.05.2026 Oxunub: 256

 

Seçicinin adı siyahıya daxil edilmədiyi hallarda belə, onun səsvermə hüququnun təmin olunmasına xüsusi diqqət yetirilir. Səbəbindən asılı olmayaraq, obyektiv və ya subyektiv hallarla əlaqədar siyahıya düşməyən şəxslərin də seçkilərdə iştirak hüququnun qorunması əsas prinsiplərdən biridir.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mayın 26-da 2026-cı ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına dair iclasda deyib.

“Bu məqsədlə əlavə seçici siyahıları üzərində iş aparılır və seçkilərdə iştirak etmək istəyən vətəndaşların müraciətlərinə baxılır. Zəruri hallarda onların seçici siyahılarına daxil edilməsi təmin olunur. Ümumilikdə, Azərbaycanda vətəndaşların seçmək hüququnun qorunması istiqamətində həm Mərkəzi Seçki Komissiyası, həm də aşağı seçki komissiyaları fəaliyyət göstərir. Bu prosesdə 30 mindən artıq əməkdaş iştirak edir”, - deyə MSK sədri diqqətə çatdırıb.



Digər xəbərlər

Xəbər lenti

13 Iyun 2026
12 Iyun 2026
10 Iyun 2026
06 Iyun 2026
05 Iyun 2026
03 Iyun 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ