İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib

İsrail Hərbi Hava Qüvvələri İrana "üçüncü zərbə" dalğasına başlayıb.
"Report" "ABC News"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinqdə bildirib.
"Zərbələrin üçüncü dalğası bir müddət əvvəl başlayıb və İranın qərb bölgəsinə yönəlib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr yer-yer raketləri olan buraxılış qurğuları və anbarların üzərindən uçur. Qırıcılar əvvəllər vurulmuş ərazilərə yenidən daxil olmağa və oradan sursat çıxarmağa çalışan silahlıları (İran hərbçiləri - red.) hədəfə alırlar", - briqada generalı deyib.
Ordu rəsmisinin sözlərinə görə, İsrail İranın hərbi potensialını bərpa etməsinə mane olmaq niyyətindədir.
"Biz sistematik olaraq İranın raket infrastrukturuna hücum edirik. İsrail Hərbi Hava Qüvvələri İran üzərində uçuşlar həyata keçirir və buraxılış qurğularını izləyir. Bu zərbələr bizə müharibənin məqsədlərinə tam çatana qədər əməliyyat azadlığına nail olmağa imkan verir", - Defrin vurğulayıb.
O əlavə edib ki, İsrail lazım bildiyi müddətdə bu zərbələri davam etdirmək niyyətindədir: "Sizə xatırladıram: biz İsrailin siyasi rəhbərliyi səviyyəsində müəyyən edilmiş vəzifəyə nail olmaq üçün nə qədər lazımdırsa, hərəkət edəcəyik".



Digər xəbərlər

Almaniyanın Silahlı Qüvvələrin büdcəsi 86 milyard avroya yüksəlib

Almaniya müdafiə xərclərini bir neçə il ərzində iki dəfədən çox artıracaq

”UTair” aviaşirkətinin Gəncə–Moskva reysi təxirə salınıb

Peruda Misir sivilizasiyası ilə eyni dövrə təsadüf edən 3500 illik qədim şəhər tapılıb

Böyük Britaniyanın torf ərazilərində zəhərli metallar aşkarlanıb

İflic olan xəstələr üçün beyin çipləri ilə nəzarət imkanları artır
Xəbər lenti
Ən çox oxunan

Zaqatala şəhərində “Məişət zorakılığına qarşı birlik” adlı layihə icra edilib
