ABŞ İsraildən öz vətəndaşlarının könüllü təxliyəsini təşkil edir
 

00:19 / 19.06.2025 Oxunub: 1216


ABŞ İsraildən Amerika vətəndaşlarının könüllü təxliyəsini təşkil edir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi "X" sosial şəbəkəsində yazıb.

"İsraili tərk etmək istəyən ABŞ vətəndaşlarına müraciət edirəm: ABŞ-nin İsraildəki səfirliyi təxliyə ilə bağlı bütün uçuşların üzərində işləyir", - o yazıb.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyata başlayıb. Bu əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir.

İsrail Hərbi Hava Qüvvələri İranın müxtəlif bölgələrində, o cümlədən Tehranda bir neçə dəfə hücumlar həyata keçirib və burada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri də daxil olmaqla bir neçə yüksək rütbəli iranlı hərbçi, həmçinin bir sıra nüvə alimləri həlak olub. Ölkədəki bir neçə nüvə obyekti, o cümlədən Natanz və Fordoda, həmçinin İranın ölkənin müxtəlif bölgələrindəki hərbi mövqeləri də vurulub.



Digər xəbərlər

Xəbər lenti

14 Mart 2026
13 Mart 2026
11 Mart 2026
10 Mart 2026
08 Mart 2026
04 Mart 2026
03 Mart 2026

Ən çox oxunan

Hadisə

Müsahibə