Medianın İnkişafı Agentliyi ilə Sinxua Xəbər Agentliyi arasında  Anlaşma Memorandumu imzalanıb

20:30 / 31.08.2025 Oxunub: 619

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında media sahəsində qarşılıqlılıq prinsipinə və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi, təşviqi və inkişaf etdirilməsidir.

Sənəd informasiya və təcrübə mübadiləsini, ortaq maraq doğuran layihələr üzrə birgə fəaliyyəti, eyni zamanda iclas, seminar, praktiki məşğələ, təlim, konfrans və digər bu kimi tədbirlərin təşkili, media sahəsinə məsul rəsmi şəxslərin və müvafiq ekspertlərin səfərlərinin dəstəklənməsini nəzərdə tutur.



Digər xəbərlər

Xəbər lenti

03 Sentyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ