Niderlandla Azərbaycan ticarət və logistika sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

20:00 / 02.10.2025 Oxunub: 1081

Niderlandın Baş naziri Dik Shof Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ticarət, logistika və dəniz daşımaları sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdiyini bildirib.

Bu barədə o, "X" sosial şəbəkəsində məlumat verib.

"Avropa Siyasi Birliyinin Kopenhagendə bu gün keçirilən görüşündə mən Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Ölkələrimiz arasındakı əlaqələri və Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə olunan tərəqqini yüksək qiymətləndirdiyimi bildirdim. Biz ticarət, logistika, dəniz daşımaları kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik", - o yazıb.



Digər xəbərlər

Xəbər lenti

28 Aprel 2026
27 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə