Parisdə Xurşidbanu Natəvana həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib

12:45 / 29.09.2025 Oxunub: 1490

Fransanın paytaxtı Parisdə Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvana həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçıllğı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, fransalı jurnalistlər, elm adamları və digər şəxslər iştirak ediblər.

Tədbiri səfir Leyla Abdullayeva açaraq Natəvanın Azərbaycan ədəbiyyatında və milli yaddaşında xüsusi yeri olduğunu vurğulayıb. O həmçinin 1858-ci ildə Qafqaza səyahət edən Aleksandr Dümanın Qarabağın mədəni zənginliyini heyranlıqla qələmə aldığını xatırladıb.

Gecədə həm Azərbaycan, həm də fransız dillərində Natəvanın şeirləri səsləndirilib.

Musiqi proqramında tanınmış ifaçılar – kamança ustası Elşən Mansurov və tar ifaçısı Elçin Nağıyev çıxış ediblər.

 

 

 



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə