Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycanın hava məkanından keçib

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi avqustun 30-da Azərbaycanın hava məkanı üzərindən xaricə uçub və sentyabrın 6-na keçən gecə geri qayıdıb.
"Report" "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
"Avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları baş nazirin təyyarəsi üçün hava tranziti ilə bağlı Azərbaycana müraciət edib və müsbət cavab alıb. Bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəliyinin irəliləməsi və qarşılıqlı etimad mühitinin formalaşması istiqamətində əməli addım kimi qiymətləndiririk.
Xatırladım ki, Azərbaycan təyyarələri artıq uzun müddətdir ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin edilməsi üçün Ermənistanın hava məkanından istifadə edir", - o yazıb.



Digər xəbərlər

Rusiya bizə qarşı hibrid müharibə aparır - Deputat

Zelenski Putinə meydan oxudu: “Moskva terrorçusunun paytaxtına getməyəcəyəm, sən gəl!”

Ukrayna müharibəsi 2025-ci ildə başa çata bilər

Zəngəzur dəhlizi Ermənistan və Rusiya arasında bağlantı quracaq

"Həssas Ölkələr Forumunda" hansı məsələlər müzakirə edilib?
jpeg-1757146714.jpeg)