Qurban Qurbanovdan ÜZÜCÜ XƏBƏR
"Qarşımıza yeni tələblər qoyulurdu. Razılaşırdıq. Sonda isə həddindən artıq böyük bir məbləğ deyildi".
KANAL 20 TV xəbər verir ki, Qurban Qurbanov AzTV-yə müsahibəsində "Qarabağ"ın üzərinə düşənləri yerinə yetirdiyini, qarşı tərəfdəki klubların qeyri-peşəkar davrandığını bildirib.
"Transfer pəncərəsində bəzi keçidlər etdik. Yeni futbolçular cəlb etdik komandamıza. Bəzi transferlər isə alınmadı. Bu, bizim istəyimizlə olmadı. İki futbolçunu daha çox istəyirdik. Biri sırf hücumçu idi, digəri isə sol vinger. Hər iki klubla çox geniş danışıqlar getdi. Hər gün şərtlər dəyişdirilirdi. Bizim tərəfimizdən yox, onlar tərəfindən. Qarşımıza yeni tələblər qoyulurdu. Razılaşırdıq. Sonda isə həddindən artıq böyük bir məbləğ deyildi. Məncə, biz o məbləğə razı olsaydıq, yenə də yeni bir tələb qoyulacaqdı. Sadəcə olaraq bizə bəlkə də bir az qeyri-peşəkar yanaşdılar. Ona görə də sonda danışıqları dayandırdıq. 3-cü futbolçuda isə işlər bir az qarışıq idi. Sənədləri ilə bağlı problemlər də vardı. İnanın ki, biz sona qədər öz üzərimizə düşəni, hətta artığını etdik", - deyə Qurban Qurbanov vurğulayıb.


Digər xəbərlər
Gənc idmançılar beynəlxalq arenada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqda davam edirlər
“Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəlib
Bu gün avarçəkmə və kanoe üzrə “Prezident Kuboku” beynəlxalq reqatasına start veriləcək
NBA: “Los-Anceles Leykers”dən ikinci qələbə
"Sabah"ın aparıcı futbolçusu üz nahiyəsindən xəsarət alıb, sınıq aşkarlanıb
Avropa çempionu Nicat Hüseynovdan tarixi qələbə - FOTOLAR
Xəbər lenti
Ən çox oxunan