Uzun müddət öskürmək nədən xəbər verir?

Öskürək, gündəlik həyatda çoxlarının rastlaşdığı sağlamlıq problemi olsa da, uzun müddət davam etdikdə ciddi xəbərdarlıq siqnalı sayılır.
KANAL 20 TV Baku.ws-ə istinadən xəbər verir ki, AKU.WS xəbər verir ki, bəzən sadə soyuqdəymə və ya qripdən sonra qalıq olaraq ortaya çıxan öskürək, bəzi hallarda daha ağır xəstəliklərin xəbərçisi ola bilər.
Xüsusilə üç həftədən çox davam edən öskürəklər diqqətlə qiymətləndirilməlidir. Çünki vaxtında müalicə edilmədikdə ciddi fəsadlara səbəb olur.
Soyuqdəymə və qripdən sonra qalıq öskürək
Virusların yaratdığı öskürək bəzən həftələrlə davam edə bilər.
Astma
Nəfəs darlığı, xırıltı və xüsusilə gecə öskürəyi astmanın əlaməti ola bilər.
Bronxit və ağciyər infeksiyaları
Uzunmüddətli bəlğəmli öskürək bronxit və ya pnevmoniyadan xəbər verə bilər.
Reflü
Sinədə yanma və quru öskürək reflü ilə əlaqəli ola bilər.
Siqaret və hava çirkliliyi
Xroniki öskürək, siqaret istifadəsi və ya çirkli hava şəraitindən qaynaqlana bilər.
Daha ciddi xəstəliklər
Vərəm, KOAH və ya ağciyər xərçəngi kimi xəstəliklər də keçməyən öskürəyə səbəb ola bilər.



Digər xəbərlər

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

DYP-dən rayona getmək istəyən sürücülərə xəbərdarlıq

Qazlı içkilərin AĞIR FƏSADLARI

Toy, yas mərasimləri şan-şöhrət, özünü göstərmək yeri deyil
jpeg-1757100696.jpeg)
Baş nazir Əli Əsədov AVTOBUSLARLA bağlı yeni qərar imzalayıb
